Главная > Manset / Cəmiyyət > Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər
Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər29-02-2024, 14:41. Разместил: azadses |
Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər. “Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Belə ki, Ombudsman tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (əmək müqaviləsinin müddəti) 5-ci bəndində “5 ildən” sözlərinin “3 ildən” sözləri ilə əvəz edilməsi təklif olunur. Qeyd edək ki, hazırkı qanunvericiliyə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Вернуться назад |