Главная > Manset / Dünya > Rusiya Sumı vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Rusiya Sumı vilayətini atəşə tutub, ölənlər və yaralananlar var


28-02-2024, 08:51. Разместил: azadses
Rusiyanın Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində iki polis əməkdaşı ölüb, hüquq-mühafizə orqanlarının altı əməkdaşı, habelə iki mülki şəxs yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Sumı vilayətinin hərbi administrasiyası teleqramda bildirib.

Bildirilib ki, ümumilikdə region 59 dəfə atəşə tutulub. Atəşlər artilleriya, minaatanlar, döyüş təyyarələri, həmçinin dronlar vasitəsilə həyata keçirilib. Eyni zamanda, bölgə reaktiv yaylım atəşi sistemi ilə də hücuma məruz qalıb.


Вернуться назад