Главная > Manset / İqtisadiyyat > İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək
İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək27-02-2024, 09:45. Разместил: azadses |
Fevralın 29-da, saat 11:00-da iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 95A ünvanında) Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edəcək. "Report" bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin internet səhifəsində qeydiyyatdan keçməklə və yaxud "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər. Вернуться назад |