Главная > Manset / Dünya > ABŞ, Böyük Britaniya və Fransa nüvə risklərinin azaldılmasını müzakirə edib

ABŞ, Böyük Britaniya və Fransa nüvə risklərinin azaldılmasını müzakirə edib


24-02-2024, 11:11. Разместил: azadses
ABŞ, Britaniya və Fransanın nümayəndələri nüvə silahından istifadə risklərinin azaldılması səylərini müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin Mətbuat Xidmətinin yaydığı birgə məlumatda deyilir.

Sənədə əsasən, üç ölkənin yüksək vəzifəli hökumət rəsmiləri cümə axşamı "nüvə təhlükəsini azaltmaq" səylərini müzakirə ediblər. Birgə bəyanatda qeyd olunur ki, məsləhətləşmələr “nüvə silahının qeyri-dövlət aktorlarına yayılmasının qarşısının alınması”, habelə “kütləvi silahlardan istifadə etməklə qlobal terrorizm təhlükəsinin qarşısının alınması” məqsədilə üç ölkə arasında əməkdaşlıq çərçivəsində baş tutub.


Вернуться назад