Главная > Manset / Dünya > Heyko Şvarts: Almaniya COP29-a xüsusi maraq göstərir

Heyko Şvarts: Almaniya COP29-a xüsusi maraq göstərir


21-02-2024, 08:00. Разместил: azadses
Almaniya bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) xüsusi maraq göstərir.

“Report” xəbər verir, bunu Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Heyko Şvarts (Heiko Schwarz) “Qarabağ regionunda su təchizatı və irriqasiya infrastrukturunun yenidən qurulması” adlı konfransda çıxışı zamanı deyib.

“Əminəm ki, COP29 böyük uğur qazanacaq və biz tədbirin uğurlu keçməsi üçün əlimizdən gələni edəcəyik. Xüsusi nümayəndəmiz Cenifer Morqan Azərbaycana səfər edib. Biz müxtəlif nazirliklərlə çox səmərəli danışıqlar apardıq. Biz birlikdə iqlim dəyişikliyi ilə bağlı problemi həll edə bilərik”, - o vurğulayıb.


Вернуться назад