Главная > Manset / Cəmiyyət > Nazirlik: Dörd mindən çox şəxsin pensiyası yenidən hesablanaraq artırılıb

Nazirlik: Dörd mindən çox şəxsin pensiyası yenidən hesablanaraq artırılıb


16-02-2024, 08:00. Разместил: azadses
Ötən il və bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 4 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb.

Bu barədə "Report"a ƏƏSMN-dənn məlumat verilib.

Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.


Вернуться назад