Главная > Manset / Dünya > Tramp: ABŞ hazırkı rəhbərliyin siyasətinə görə cəhənnəmə yuvarlanır
Tramp: ABŞ hazırkı rəhbərliyin siyasətinə görə cəhənnəmə yuvarlanır15-02-2024, 18:57. Разместил: azadses |
ABŞ hazırkı Prezident Cozef Baydenin administrasiyasının siyasətinə görə cəhənnəmə yuvarlanır. “Report” xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı deyib. “Ölkəmiz cəhənnəmə yuvarlanır. ABŞ Bayden vəzifəyə başlamazdan əvvəl güclü, zəngin, təhlükəsiz və daha inamlı idi”, - o bildirib D.Tramp qeyd edib ki, prezident administrasiyasının siyasəti səbəbindən milyonlarla insan ölkəyə axışır. Keçmiş lider Cozef Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb. Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Вернуться назад |