Главная > Manset / Dünya > Türkiyədə karqo gəmisi batıb, axtarış-xilasetmə tədbirləri həyata keçirilir

Türkiyədə karqo gəmisi batıb, axtarış-xilasetmə tədbirləri həyata keçirilir


15-02-2024, 14:43. Разместил: azadses
Türkiyənin Marmara dənizində karqo gəmisi batıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Balıkesir şəhəri yaxınlığında baş verib.

Gəmidə altı nəfərin olduğu bildirilir. Hazırda üç gəmi ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Məlumata görə, ərazidə dalğanın hündürlüyü üç metrə qədərdir.


Вернуться назад