Главная > Manset / Dünya > İndoneziya Fransa istehsalı olan döyüş təyyarələrini almaqdan imtina edib

İndoneziya Fransa istehsalı olan döyüş təyyarələrini almaqdan imtina edib


11-02-2024, 13:00. Разместил: azadses
İndoneziya hakimiyyət orqanlarının xidmətdə olan təyyarələri modernləşdirmək niyyətinə görə Qətərdən 790 milyon dollara 12 ədəd “Mirage 2000-5” döyüş təyyarəsini almaqdan imtina edib.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, “Mirage” qırıcılarının alışı baş tutmayacaq və bu cür planlar artıq ləğv edilib: “Yəni müqavilə etibarlı deyil”.

Xatırladaq ki, rəsmi Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən istifadə olunmuş Fransa istehsalı olan döyüş təyyarələri almaq üçün müqavilə bağlayıb.

Sənədə həmçinin 14 mühərrikin tədarükü, üç illik texniki yardım, yerüstü dəstək avadanlığı və ekipaj hazırlığı daxildir.

Qırıcılar müqavilənin imzalandığı tarixdən iki il ərzində təhvil verilməli idi.


Вернуться назад