Главная > Manset / Dünya > XİN rəsmisi: "Rusiya Arktika Şurasından çıxa bilər"
XİN rəsmisi: "Rusiya Arktika Şurasından çıxa bilər"6-02-2024, 14:43. Разместил: azadses |
Rusiya Arktika Şurasından çıxa bilər. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Nikolay Korçunov bildirib. Onun sözlərinə görə, şura minimal səviyyədə fəaliyyət göstərir və təşkilatın hazırkı sədri Norveçin öz işini tam şəkildə bərpa etmək cəhdləri başqa iştirakçılar tərəfindən dəstəklənmir. N.Korçunov qeyd edib ki, Arktika Şurasının fəaliyyəti Moskvanın maraqlarına uyğun gəlmirsə, Rusiya təşkilatdan çıxmalıdır: “Müvafiq olaraq, biz xarici siyasətdə manevrlər üçün bütün variantlara malik olmalıyıq”. Qeyd edək ki, Arktika Şurası regionda, xüsusən də ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üçün hökumətlərarası forumdur. Qurum 1996-cı ildə yaradılıb və təşkilatda Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç təmsil olunur. Rusiya 2021-ci ilin may ayından quruma sədrlik edir. Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq 2022-ci ilin martında Arktika Şurasında iştirakını dayandırıb. 2023-cü ilin mayından təşkilata Norveç sədrlik edir. Вернуться назад |