Главная > Manset / Dünya > Şimali Koreyanın raket buraxılışları səngimir

Şimali Koreyanın raket buraxılışları səngimir


28-01-2024, 18:00. Разместил: azadses
Şimali Koreya ölkənin şərq sahillərindən bir neçə qanadlı raket buraxıb.

Bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayılıb.

Məlumata görə, buraxılış, ehtimal ki, Sinpo liman şəhəri ərazisindən Yapon dənizi istiqamətində həyata keçirilib.
Bildirilir ki, Cənubi Koreya ordusu monitorinqi gücləndirib və KXDR-in hərəkətlərini yaxından izləyir.

Mənbə: TASS


Вернуться назад