Главная > Manset / Dünya > ABŞ institutu: "Paşinyan özünü sülhpərvər kimi göstərsə də, bu iqtidarda deyil"

ABŞ institutu: "Paşinyan özünü sülhpərvər kimi göstərsə də, bu iqtidarda deyil"


24-01-2024, 10:28. Разместил: azadses
Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Bildirilib ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil.

Həmçinin, qeyd olunub ki, Kreml Paşinyanın getdikcə artan anti-Rusiya mövqeyinə görə ona qarşı tənqidləri gücləndirməyə davam edir: “Bəzi ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycan arasında davamlı sülh yarada biləcək yeganə vasitəçidir”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri yanvarın 23-də keçirdiyi mətbuat konfransında İrəvanın özünün təhlükəsizliyi üçün yeni müttəfiqlər axtarmağa başladığını demişdi.


Вернуться назад