Главная > Manset / Dünya > Hakan Fidan və Sergey Lavrov Cənubi Qafqazla bağlı addımların əlaqələndirilməsi barədə razılığa gəliblər - YENİLƏNİB

Hakan Fidan və Sergey Lavrov Cənubi Qafqazla bağlı addımların əlaqələndirilməsi barədə razılığa gəliblər - YENİLƏNİB


23-01-2024, 18:06. Разместил: azadses
Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında ABŞ-nin Nyu-York şəhərində keçirilən görüşündə Cənubi Qafqazdakı durum müzakirə olunub.

“Report” xəbər verir ki, tərəflər regionda problemlərinin qarşısının alınması üçün addımların əlaqələndirilməsi barədə razılığı təsdiqləyiblər.

H.Fidan və S.Lavrov, həmçinin Suriya, Yaxın Şərq və Qara dəniz ətrafındakı durum barədə də danışıblar.

04:23
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparır.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Danışıqların mövzusu açıqlanmır.

Bundan əvvəl Lavrov BMT-də İran, Livan və İndoneziyanın xarici işlər nazirləri ilə görüşüb.


Вернуться назад