Главная > Manset / Dünya > İsrail ordusu İordan çayının qərb sahilində reyd keçirir
İsrail ordusu İordan çayının qərb sahilində reyd keçirir21-01-2024, 08:00. Разместил: azadses |
İsrailin silahlı qüvvələri İordan çayının qərb sahilində, Xevron şəhərində reydlər həyata keçirir. "Report"un məlumatına görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb. Məlumata görə, İsrailin hərbi birləşmələri şəhərin rayonlarından birində yol qovşağında cəmləşib. Bundan əlavə, hərbi karvan şəhər istiqamətində hərəkət edir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib, bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə nəticələnib. İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib. Вернуться назад |