Главная > Manset / İqtisadiyyat > Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib
Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib18-01-2024, 17:19. Разместил: azadses |
Energetika Nazirliyində İctimai şuranın sədri və üzvlərinin, həmçinin nazirliyin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilib. “Report”un nazirliyə istinadən verdiyi məlumata görə, iclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər müzakirə olunub. Aparılan geniş müzakirələr zamanı İctimai şura üzvlərinin təklifləri nəzərə alınaraq 2024-cü il üçün fəaliyyət planı, İctimai şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib. Вернуться назад |