Главная > Manset / Cəmiyyət > Nazir müavini: "Müharibə veteranlarına verilən müavinətin artırılmasına baxıla bilər"
Nazir müavini: "Müharibə veteranlarına verilən müavinətin artırılmasına baxıla bilər"16-01-2024, 08:53. Разместил: azadses |
Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə oluna bilər. "Report"un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. O qeyd edib ki, müharibə veteranları üçün aylıq 80 manat müavinət təyin edilib: "Həmin təbəqə üçün müəyyən edilmiş proqram çərçivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər". Nazir müavini deyib ki, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır. Вернуться назад |