Главная > Manset / İdman > Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək

Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək


15-01-2024, 16:16. Разместил: azadses
Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək

“Report” Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk mötəbər turniri fevralın 23-25-də batut gimnastikası və tamblinq üzrə olacaq.

Yarış Milli Gimnastika Arenasında keçiriləcək. Həmin məkan martın 7-10-da idman gimnastikası, aprelin 19-21-də isə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.


Вернуться назад