Главная > Manset / Cəmiyyət > Hava Limanı yolu və Heydər Əliyev prospektində sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Hava Limanı yolu və Heydər Əliyev prospektində sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb


15-01-2024, 14:40. Разместил: azadses
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 13-də küləkli və qarlı hava şəraiti ilə əlaqədar bu yollarda sürət həddi 40 km/saata endirilmişdi.


Вернуться назад