Главная > Manset / Dünya > Türkiyə kəşfiyyatı PKK başçılarından birini zərərsizləşdirib
Türkiyə kəşfiyyatı PKK başçılarından birini zərərsizləşdirib15-01-2024, 12:05. Разместил: azadses |
Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı - MİT) əməkdaşlarının İraqın Metina bölgəsində reallaşdırdığı əməliyyat nəticəsində PKK terror qruplaşmasının dəstə başçılarından biri Hülya Mercen zərərsizləşdirilib. “Report” xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb. Bildirilib ki, İraqın həmin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi bir müddət əvvəl şəhid olub. Məlumata görə, H.Mercen Türkiyə 1991-2001-ci illərdə Türkiyə ərazisində, xüsusilə Tuncelidə törədilən bir çox terror hücumlarında iştirak edib. O həmin illərdə Türkiyənin ətraf kəndlərində fəaliyyət göstərib. Вернуться назад |