Главная > Manset / Dünya > Sorğu: Almanlar əksəriyyəti Şoltsdan narazıdır
Sorğu: Almanlar əksəriyyəti Şoltsdan narazıdır14-01-2024, 16:15. Разместил: azadses |
Almaniya vətəndaşlarının 70%-dən çoxu ölkənin federal kansleri Olaf Şoltsun işindən narazıdır. INSA institutunun keçirdiyi sorğuya əsasən, kanslerin fəaliyyəti almanlar tərəfindən “xüsusilə yarıtmaz” kimi qiymətləndirilir. Respondentlərin 72%-i kanslerin işini bəyənmədiyini bildirib. Halbuki dekabrın əvvəlində onların sayı 3% az olub. Şoltsdan razı qalanların sayı da 3% azalıb. Son sorğuya görə, Almaniyada belələrinin sayı respondentlərin 20%-ni təşkil edib. Eyni zamanda, ölkənin Nazirlər Kabinetinin ümumi işindən daha çox insan narazıdır - 76%. Respondentlərin yalnız 17%-i hökumətin işini bəyənir ki, bu da 2021-ci ilin dekabrında yaradılan kabinet üçün ən aşağı göstəricidir. Mənbə: mk.ru Вернуться назад |