Главная > Manset / İdman > Olimpiya çempionu: “Dünyada qadın idmanına çox böyük maraq var”
Olimpiya çempionu: “Dünyada qadın idmanına çox böyük maraq var”10-01-2024, 09:41. Разместил: azadses |
“Dünyada qadın idmanına çox böyük maraq var”. “Report”un məlumatına görə, bunu “İdman Filmləri və Milli Televiziya Festivalı”nın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova mətbuat konfransında deyib. Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, eyni zamanda, olimpiya çempionu komitənin inzibati binasında baş tutan tədbirdə ikinci festivala start verildiyini söyləyib: “Festivalda 5 nominasiya yaradılıb. Yeni iki nominasiya da olacaq. Bunlar qadın və uşaq idmanı ilə bağlıdır. Dünyada qadın idmanına çox böyük maraq var. Artıq qadınlar idmanda daha çox iştirak edirlər. Beynəlxalq Olimpiya Komitəsinin şərtlərindən biri də budur ki, idmançıların ən azı 50 faizi qadın olsun”. O, ikinci festivalın birincidən daha maraqlı alınacağına inandığını bildirib: “Təbliğat aparmaq da bu məsələdə vacibdir. Federasiyalardan bu barədə xahiş etmişəm”. Zemfira Meftahətdinova əlavə edib ki, bu festival gənclərin idmana marağının artmasına da kömək olur: “Filmlərin əhəmiyyəti həm də ona görə böyükdür ki, bölgələrdəki valideynlərin qızlarının idmana cəlb olunması istiqamətində maraqlarını artırır”. Вернуться назад |