Главная > Manset / Siyasət > İnam Kərimov: "Vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində əsaslı islahatlar aparılır"
İnam Kərimov: "Vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində əsaslı islahatlar aparılır"8-01-2024, 15:17. Разместил: azadses |
Son illərdə Azərbaycanda vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində əsaslı məhkəmə-hüquq islahatları aparılır. "Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib. Onun sözlərinə görə, islahatlar məhkəmələrin fəaliyyətinə də töhfəsini verməkdədir: "Məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək məqsədilə mühüm işlər həyata keçirilib". İ.Kərimov bildirib ki, Azərbaycanda seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır: "Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarə olunmasını təmin etmək məqsədi daşıyır. Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır". Вернуться назад |