Главная > Manset / Dünya > Bu il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb

Bu il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb


6-01-2024, 16:18. Разместил: azadses
2024-cü il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Parlamentinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Bad İşl (Avstriya), Tartu (Estoniya), Bodo (Norveç) bu il üçün Avropanın mədəniyyət paytaxtları elan olunub.

Qeyd edək ki, “Avropanın mədəniyyət paytaxtı” təşəbbüsü 1985-ci ildə hazırlanıb və bu günə qədər Avropa İttifaqı (Aİ) və ondan kənarda 60-dan çox şəhər bu statusa layiq görülüb. 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı olan şəhərlər isə Elefsina (Yunanıstan), Vesprem (Macarıstan), Timişoara (Rumıniya) olub.


Вернуться назад