Главная > Manset / İqtisadiyyat > TAP vasitəsilə qaz ixracının həcmi açıqlanıb

TAP vasitəsilə qaz ixracının həcmi açıqlanıb


31-12-2023, 14:40. Разместил: azadses
İndiyədək Azərbaycandan Avropaya Trans-Adriatik Boru Xətti (TAP) vasitəsilə 31 mlrd kubmetrdən çox qaz tədarük olunub.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkədə yazıb.

“Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından üç il ötür. Bu müddətdə TAP-la Avropaya 31 mlrd kubmetrdən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 11,8 mlrd kubmetr qaz ixrac edilib”, – nazir açıqlayıb.


Вернуться назад