Главная > Manset / Cəmiyyət > Keçmiş məcburi köçkün: “Prezident İlham Əliyev bizi öz vətənimizə qaytardı”

Keçmiş məcburi köçkün: “Prezident İlham Əliyev bizi öz vətənimizə qaytardı”


28-12-2023, 09:00. Разместил: azadses
“Həyat yoldaşım və uşaqlarımla doğma torpaqlarımızı tərk etmək məcburiyyətində qalmışdıq. Övladlarım burada (Bakıda – Qeyd) ali təhsil alıb. Sağ olsun Prezident İlham Əliyev bizi öz vətənimizə qaytardı”.

Bu sözləri “Report”a müsahibəsində doğma yurduna qayıdan Laçın şəhər sakini Əhmədova Xədicə söyləyib.

O, uzun illərdən sonra öz yurduna qayıtdığı üçün həm sevincli, həm də həyəcanlı olduğunu vurğulayıb:

“Düzdür, Azərbaycanın hər yeri bizim vətənimizdir. Amma kim harada dünyaya göz açıbsa, həmin yer ona şirin, əziz gəlir. Hərçənd ki, gəldiyimiz adamlarla geri qayıtmırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə güclü Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi”.


Вернуться назад