Главная > Manset / Cəmiyyət > Baş prokurorun müavini: "Bu il 14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb"

Baş prokurorun müavini: "Bu il 14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb"


27-12-2023, 12:04. Разместил: azadses
Bu il 14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov 28 dekabr “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının geniştərkibli iclası zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12 434 cinayət işi üzrə 13 715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, eyni zamanda 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib: "İttiham tərəfi olaraq prokurorluqda - bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir. Əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərər çəkmiş şəxslərin mənafeyi qorunmuş olur".

Baş prokurorun müavini həmçinin məhkəmə-hüquq sistemində aparılan köklü islahatlardan danışıb, prokurorluq orqanları ilə Vəkillər Kollegiyası arasında son illərdə möhkəmlənmiş işgüzar əlaqələrə toxunub.

Qeyd edək ki, tədbir zamanı həmçinin Baş Prokurorluq "Vəkilliyin dostu" mükafatı ilə təltif olunub. Mükafat Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən qəbul edilib.


Вернуться назад