Главная > Manset / Dünya > Roma Papası katolikləri Milad bayramını təntənəsiz qeyd etməyə çağırıb

Roma Papası katolikləri Milad bayramını təntənəsiz qeyd etməyə çağırıb


25-12-2023, 17:09. Разместил: azadses
Roma Papası Fransisk katolikləri Milad bayramını sadə şəkildə və israfçılığa yol vermədən qeyd etməyə çağırıb.

Bu barədə Vatikanın yerli mətbuatı məlumat yayıb.

“Gəlin bayramı istehlakçılıqla qarışdırmayaq!” – deyə o xalqa çağırış edib.

Pontifik katoliklərdən bu bayramda yoxluqdan əziyyət çəkənlərlə paylaşmağı xahiş edib.

Papa dünyada gedən silahlı münaqişələri də xatırladıb.
“Biz bədbəxtlikdən, aclıqdan, köləlikdən əziyyət çəkənləri də düşünürük”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünya katolikləri hər il dekabrın 25-nə keçən gecə İsa Məsihin Doğum Gününü qeyd edirlər. Bu bayramı həmçinin protestantlar və bir sıra yerli pravoslav kilsələri də qeyd edirlər.

Mənbə: Vatican News


Вернуться назад