Главная > Manset / Dünya > Serbiyanın baş naziri: “Moskva Belqradı mümkün iğtişaşlarla bağlı xəbərdar etmişdi”
Serbiyanın baş naziri: “Moskva Belqradı mümkün iğtişaşlarla bağlı xəbərdar etmişdi”25-12-2023, 08:49. Разместил: azadses |
“Moskva Belqradı mümkün iğtişaşlar barədə xəbərdar etmişdi”. “Report” xəbər verir ki, bunu Serbiyanın baş naziri Ana Brnabiç deyib. “Bu barədə xəbərdarlıq edən xidmətlərdən məlumatımız var idi. Əvvəla, Rusiya təhlükəsizlik xidməti bizə belə məlumat verdi, amma bizi dezinformasiya yaymaqda ittiham etdilər və bildirdilər ki, bu, cəfəngiyyatdır. Serbiya Prezidenti Aleksandr Vuçiçin dediyi kimi, bəziləri bunu ciddi qəbul edib kömək etmək istədilər, lakin çoxları bilib və kömək etmək istəmədi”, - deyə o qeyd edib. Brnabiç Rusiya təhlükəsizlik xidmətindəki işçilərə təşəkkür edib və əlavə edib ki, onun bəyanatı Qərbdə populyar olmayacaq. Вернуться назад |