Главная > Manset / Dünya > Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi rekord həddə çatıb


23-12-2023, 17:09. Разместил: azadses
Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi bu ilin on ayında iki dəfə artaraq rekord həddə - 54,7 milyard ABŞ dollarına yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, Rusiya bununla da Hindistanın dördüncü ən böyük tərəfdaşı olaraq qalır.

Beləliklə, Hindistanın yanvar-oktyabr aylarında Rusiyadan mal idxalını iki dəfə artırması ilə ticarət dövriyyəsi 51,4 milyard ABŞ dolları olub. Eyni zamanda, ölkə Rusiyaya öz məhsullarının tədarükünü 1,4 dəfə artıraraq 3,3 milyard ABŞ dollarına çatdırıb.


Вернуться назад