Главная > Manset / İdman > Çimərlik voleybolu üzrə menecer: “Bu idman növündə yeni dövr başlayıb”

Çimərlik voleybolu üzrə menecer: “Bu idman növündə yeni dövr başlayıb”


23-12-2023, 13:00. Разместил: azadses
“Çimərlik voleybolunda yeni dövr başlayıb”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında çimərlik voleybolu üzrə menecer Orxan Hüseynzadə deyib.

O, bildirib ki, 2023-cü il Azərbaycan çimərlik voleybolu üçün uğurlu alınıb: “Uzun fasilədən sonra bu il Azərbaycanda çimərlik voleybolu yenidən bərpa olundu. Bir çox işlər görüldü. İlk dəfə keçirilən klublararası Avropa Kubokunda “Murov Az Terminal” birinci yeri tutdu. Bu, Azərbaycan çimərlik voleybolu tarixində ilk belə mötəbər hadisə idi. Qazanılan nailiyyət yerli idmançıların üzə çıxması, çimərlik voleybolunun inkişafı üçün bizi həvəsləndirdi. Bu istiqamətdə 18-19 yaşlı gənclərlə məşqlərimiz davam edir”.

Orxan Hüseynzadə 2024-cü ildə idmançıların bir çox yarışlara qatılacaqlarını vurğulayıb: “Həm EEVZA çempionatları, həm Avropa Voleybol Konfederasiyasının təşkil edəcəyi turnirlər, həm MDB ölkələrinin Gəncədə keçiriləcək oyunları, eyni zamanda, digər yarışlar olacaq. Hədəflərimiz böyükdür. Bunlara çatmaq üçün məşqçi heyəti ilə birgə işləyəcəyik. Azərbaycanın adını və bayrağını hər zaman yüksəklərdə tutmağa çalışacağıq”.


Вернуться назад