Главная > Manset / Dünya > Türkiyənin 32 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 304 şübhəli saxlanılıb

Türkiyənin 32 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 304 şübhəli saxlanılıb


22-12-2023, 14:37. Разместил: azadses
Türkiyənin 32 əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 304 şübhəli saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" səhifəsində yazıb.

Nazir Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsi ilə əlaqələndirilmiş şəkildə 32 əyalətdə eyni vaxtda “Kahramanlar-34” əməliyyatı təşkil etdiklərini vurğulayıb. Onun sözlərinə görə, İstanbul, İzmir və Şanlıurfa da daxil olmaqla, həmin bölgələrdə 304 şübhəli nəzarətə alınıb.

Ə.Yerlikaya bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə qətiyyətlə davam edəcək.


Вернуться назад