Главная > Manset / Dünya > ABŞ və Yaponiya PUA-lar istehsal edəcək

ABŞ və Yaponiya PUA-lar istehsal edəcək


21-12-2023, 09:40. Разместил: azadses
ABŞ və Yaponiya müdafiə nazirlikləri döyüş təyyarələri ilə vahid taktiki qrupun tərkibində fəaliyyət göstərəcək yeni nəsil hərbi pilotsuz uçuş aparatlarının (PUA) birgə hazırlanması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb.

ABŞ-Yaponiya Müdafiə sahəsində Elmi və Texnologiyası Əməkdaşlıq Qrupunun ilk iclası 2024-cü ilin ortalarında baş tutacaq. Bu struktur çərçivəsində silah və hərbi sistemlərin, o cümlədən yeni növ PUA-ların hazırlanması koordinasiya ediləcək. Bu kəşfiyyat və hücum PUA-larının, xüsusən də Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə istehsal etmək niyyətində olduqları altıncı nəsil döyüş təyyarələrinin əməliyyatlarını dəstəkləmək üçün yaradılması nəzərdə tutulur.

PUA-lar ümumi tapşırıq çərçivəsində müstəqil qərar qəbul etməyə imkan verəcək süni intellekt sistemləri ilə təchiz ediləcək.


Вернуться назад