Главная > Manset / Dünya > İtaliyanın dövlət qurumları genişmiqyaslı haker hücumuna məruz qalıb

İtaliyanın dövlət qurumları genişmiqyaslı haker hücumuna məruz qalıb


19-12-2023, 16:17. Разместил: azadses
İtaliyanın dövlət qurumlarının informasiya sistemləri “Lockbit” qrupunun hakerləri tərəfindən həyata keçirildiyi iddia edilən irimiqyaslı kiberhücuma məruz qalıb.

Məlumata görə, virus məlumat bazalarını şifrələyib. Bundan sonra hakerlər şifrələri açmaq üçün pul tələb ediblər.

Məlumdur ki, haker hücumu əmək haqqı və elektron hesab-faktura sistemlərinə təsir edib.
Hazırda hələ də dəymiş ziyanın həcmi hesablanır. Milli Kibertəhlükəsizlik Agentliyinin texniki işçiləri araşdırma aparır.

Mənbə: TASS


Вернуться назад