Главная > Manset / Dünya > İsrail ordusu mərmi atışlarına cavab olaraq Suriyaya zərbələr endirib

İsrail ordusu mərmi atışlarına cavab olaraq Suriyaya zərbələr endirib


19-12-2023, 08:00. Разместил: azadses
İsrail ordusu Suriyadan atılan mərmilərə cavab olaraq atəşin gəldiyi əraziyə hücum edib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Məlumata görə, İsrail tankları Suriya ordusunun hərbi postunu atəşə tutub.

“İsrail Ordusu artilleriyası Suriyadan atəş açılan ərazilərə zərbələr endirib, tanklar isə hərbi postu atəşə tutub”, - məlumatda bildirilir.

Qeyd edilir ki, mərmilər yaşayış olmayan əraziyə düşüb.


Вернуться назад