Главная > Manset / Dünya > Karbon qazından xilas olmaq Asiyaya 28 trilyon dollara başa gələcək

Karbon qazından xilas olmaq Asiyaya 28 trilyon dollara başa gələcək


18-12-2023, 15:28. Разместил: azadses
Asiyada xalis sıfır karbon emissiyasına nail olmaq üçün 4 katrilyon yen (28 trilyon ABŞ dollarından çox) maliyyələşdirmə və investisiyaya ehtiyacı olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida deyib.

“Karbon qazı emissiyalarından xilas olmaq Asiya üçün ümumi vəzifədir. Biz bunun üçün bütün mümkün texnoloji dəstəyi təmin etmək və ümumi qanunvericilik bazasının inkişafına töhfə vermək niyyətindəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu məqsədlə regionda bütün dünyadan vəsaitin cəlb olunacağı nəhəng bazar yaradılacaq.


Вернуться назад