Главная > Manset / Dünya > Liviya sahillərində onlarla miqrant gəmi qəzasında ölüb

Liviya sahillərində onlarla miqrant gəmi qəzasında ölüb


17-12-2023, 13:00. Разместил: azadses
Liviya sahillərində gəminin batması nəticəsində azı 61 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Liviya bölməsi X sosial şəbəkəsində məlumat yayıb.

Təşkilat qadın və uşaqların qəzadan sağ çıxmadığını bildirib. Hadisənin səbəbləri açıqlanmayıb.

Qayıq 86 sərnişinlə Liviyadan yola düşürü, lakin onların hara getdiyini açıqlamayıblar.

AFP-nin məlumatına görə, batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini qeyd ediblər.


Вернуться назад