Главная > Manset / Dünya > Avstraliyada təyyarə qəzası baş verib, ölənlər var

Avstraliyada təyyarə qəzası baş verib, ölənlər var


12-12-2023, 13:52. Разместил: azadses
Avstraliya qitəsinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.

Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 08:50-də (Bakı vaxtı ilə 01:50) Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilydale ərazisində elektrik xətti ilə toqquşub.

Hadisə yerində polis əməkdaşları, o cümlədən təcili tibbi yardım briqadaları cəlb edilib. Təyyarənin göyərtəsində olan iki nəfərin həlak olduğu güman edilir.


Вернуться назад