Главная > Manset / Dünya > Baydenin müşaviri İsrailə səfər edəcək
Baydenin müşaviri İsrailə səfər edəcək11-12-2023, 07:58. Разместил: azadses |
ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftəsonu İsrailə səfər edəcək. “Report”un məlumatına görə, bu barədə “Times of Israel” mənbələrə istinadən xəbər verib. ABŞ rəsmisinin sözlərinə görə, səfər zamanı Sallivan Qəzza zolağına humanitar yardımın nəqlinin artırılmasını müzakirə edəcək. Danışıqların digər mövzusu Vaşinqtonun İsrail hərbi əməliyyatı nəticəsində anklavın mülki əhalisinin həlak olması ilə bağlı narahatlığı olacaq. Öz növbəsində Sallivanın səfərini təsdiq edən İsrail rəsmisi bildirib ki, Qüds ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətinin demək olar, hər həftə şəhərdə olmasını gözləyir. Onun sözlərinə görə, Qəzzadakı müharibə Vaşinqtonun xarici siyasət gündəmində əsas yer tutur. Nəşr xatırladır ki, Sallivanın səfəri ABŞ vitse-prezidenti Kamala Harrisin milli təhlükəsizlik üzrə müşaviri Fil Qordon və müavininin İordan çayının qərb sahilində yüksək vəzifəli İsrail, Fələstin rəsmiləri ilə görüşlərindən bir həftə sonra baş tutacaq. Вернуться назад |