Главная > Manset / Siyasət > Bu gün Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək

Bu gün Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək


10-12-2023, 11:17. Разместил: azadses
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Milli Məclisin sədri Sahibə Qafarova digər rəsmi şəxslərlə görüşəcək.

Eyni zamanda ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər dekabrın 12-də başa çatacaq.


Вернуться назад