Главная > Manset / Siyasət > Alen Simonyan: “Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı təklifinə cavab verib”

Alen Simonyan: “Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı təklifinə cavab verib”


7-12-2023, 18:00. Разместил: azadses
Bir neçə gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

“Bu sülh müqaviləsi 5 və ya 10 gün ərzində imzalana bilər. Təkliflərimizi göndərmişik, bu artıq 6-cı mübadilədir. Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh sazişi bir neçə gün ərzində imzalana bilər”, - o bildirib.


Вернуться назад