Главная > Manset / Dünya > İran Prezidenti Moskvada müzakirə edəcəyi məsələləri açıqlayıb - YENİLƏNİB
İran Prezidenti Moskvada müzakirə edəcəyi məsələləri açıqlayıb - YENİLƏNİB7-12-2023, 16:11. Разместил: azadses |
“İran və Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində tikinti işlərini başa çatdırmaq istəyi Moskvada keçiriləcək danışıqlarda əsas müzakirə mövzularından birinə çevriləcək”. "Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya yollanmazdan əvvəl deyib. “Bu səfər zamanı iki ölkənin “Şimal-Cənub” dəhlizinin tikintisini başa çatdırmaq istəyi bu birgə iş üzrə danışıqların əsas məsələlərindən birinə çevriləcək”, - o qeyd edib. 11:17 İran Prezidenti İbrahim Rəisi Rusiyanın paytaxtı Moskvaya gedib. “Report” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. İ.Rəisi səfərdən əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq ən mühüm məsələlərdən biri Yaxın Şərqdəki vəziyyət və Fələstinə yardım olacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki liderin görüşünün VTB “Russia çağırır” forumundan sonra baş tutacağını açıqlayıb. Onun sözlərinə görə, danışıqlar dar və geniş formatda aparılacaq. Görüşdən sonra liderlərin jurnalistlərə açıqlama verməsi gözlənilmir. Вернуться назад |