Главная > Manset / Dünya > Ərdoğan Yunanıstana yola düşüb

Ərdoğan Yunanıstana yola düşüb


7-12-2023, 08:49. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana yola düşüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin sədrliyi, əlaqədar nazirlərin iştirakı ilə Afinada Ali Şuranın toplantısı keçiriləcək.

Görüşlərdə iki ölkə arasında bütün istiqamətlərdə əlaqələr nəzərdən keçiriləcək. Türkiyə-Yunanıstan əməkdaşlığının inkişaf etdirilməsi perspektivi müzakirə olunacaq.

Türkiyə Prezidentini səfərdə xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, daxili işlər naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, informasiya və kommunikasiya naziri Abdulkadir Uraloğlu, Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin Baş müşaviri, səfir Akif Cağatay Kılıç müşayiət edir.


Вернуться назад