Главная > Manset / Siyasət > Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sloveniyaya gedəcək

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sloveniyaya gedəcək


5-12-2023, 19:41. Разместил: azadses
ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun İqtisadi məsələlər, Ətraf Mühit, Elm və Texnologiya Baş Komitəsinin sədri Azay Quliyev BMT-nin Ətraf Mühit Proqramının təşkilatçılığı ilə keçirilən Barselona Konvensiyası və Müqaviləsi İştirakçılarının Nazirlər Sessiyasının 23-cü iclasında iştirak etmək üçün dekabrın 6-da Sloveniyanın Portoroj şəhərinə səfər edəcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sessiya çərçivəsində ölkələrin biomüxtəlifliyin qorunması, ekosistemin mühafizəsi, dənizlərin çirklənməsinin qarşısının alınması üzrə tətbiq edilən təcrübə və bu sahədə qanunvericilik bazası müzakirə olunacaq.

Azay Quliyev “Yaşıl transformasiya: qərardan fəaliyyətə” adlı sessiyada ATƏT PA-nın yaşıl iqtisadiyyat və iqlim dəyişikliyi ilə əlaqədar qəbul etdiyi qətnamələri, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə görülən tədbirlər və rəhbərlik etdiyi komitənin gələn il üçün nəzərdə tutulan fəaliyyəti barədə çıxış edəcək.

Tədbirin sonunda Nazirlərin Portoroj Bəyannaməsi qəbul ediləcək.

Səfər dekabrın 8-də başa çatacaq.


Вернуться назад