Главная > Manset / İdman > 2030 və 2034-cü il olimpiadalarına ev sahibliyi etməyə namizəd olan iki ölkə AÇIQLANDI
2030 və 2034-cü il olimpiadalarına ev sahibliyi etməyə namizəd olan iki ölkə AÇIQLANDI30-11-2023, 14:42. Разместил: azadses |
Fransa və ABŞ-nin müvafiq olaraq 2030 və 2034-cü il olimpiadaları üçün ev sahibliyi etmək təklifləri Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsdiqlənib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “BOK İcraiyyə Şurası Fransa və Solt-Leyk-Sitini müvafiq olaraq 2030 və 2034-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün üstünlük verilən iddiaçılar kimi seçir. İndi BOK gələn il yekun qərar verməzdən əvvəl hər iki ölkə ilə məqsədyönlü dialoqa girəcək”, - deyə məlumatda bildirilir. İsveç və İsveçrə daha əvvəl 2030-cu il Olimpiya Oyunlarına ev sahibliyi etmək istədiklərini bildiriblər. BOK-da əlavə ediblər ki, İsveçrənin təklifi 2038-ci ildə Oyunlara ev sahibliyi etmək üçün imtiyazlı status alıb. Qeyd edək ki, 2030 və 2034-cü il Olimpiya Oyunları üçün ev sahiblərinin seçimi Parisdə 2024-cü il Oyunları başlamazdan əvvəl BOK-un sessiyasında keçiriləcək. Mənbə: TASS Вернуться назад |