Главная > Manset / Cəmiyyət > Nərmin Yusifli: “Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm”

Nərmin Yusifli: “Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm”


29-11-2023, 09:39. Разместил: azadses
“31 il sonra öz ata-baba yurduma qayıdıram”.

“Report” xəbər verir ki, bunu Laçın şəhərinə yola düşən keçmiş məcburi köçkün Nərmin Yusifli deyib.

“31 il əvvəl atam, babam Laçında yaşayıb. Amma mən bu gün laçınlı sabahlara, laçınlı gecələrə, laçınlı günlərə qayıdıram. İnşallah, orada planlarım çoxdur. Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm”-deyə, o bildirib.

Keçmiş məcburi köçkün təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmalarına imkan yaradıldığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.


Вернуться назад