Главная > Manset / Dünya > ABŞ institutu: "Ehtimal olunan danışıqlar Ukraynanın xeyrinə, Rusiyanın ziyanına olacaq"

ABŞ institutu: "Ehtimal olunan danışıqlar Ukraynanın xeyrinə, Rusiyanın ziyanına olacaq"


28-11-2023, 08:00. Разместил: azadses
“Atəşkəs və ya fasilə yalnız Ukraynanın xeyrinə olacaq”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bu, Kiyevə texnikaların təmiri, qoşunların istirahəti, yenidən qruplaşdırılması və yeni hücumlara hazırlıq üçün lazımdır: “Bəzilərinin fikrincə, atəşkəs Ukraynaya “Minsk-3” razılaşması üçün imkan yaradacaq. Ekspertlər düşünürlər ki, danışıqlar Moskva üçün xüsusilə zərərli olacaq. Çünki Kreml ehtimal olunan qələbənin meyarlarını və məqsədini hələ dəqiq müəyyənləşdirməyib. Bunun olmaması Rusiya daxilində sabitliyin pozulmasına səbəb olub. Rusiya işğal etdiyi ərazilərə - Donetsk, Luqansk, Xerson və Zaporojyeyə tam nəzarəti təmin etmədikcə danışıqlara getməyəcək”.

Qərbli analitiklər hesab edirlər ki, əlverişsiz hava şəraiti döyüş meydanındakı duruma təsir göstərib: “Hərbi əməliyyatların tempi zəifləyib. Amma döyüşlər tam dayanmayıb. Yaxın günlərdə Qara dənizdə həm mülki, həm də hərbi gəmilər üçün mina təhlükəsi artacaq. Çünki fırtınanın təsiri ilə minalar hərəkət edir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.


Вернуться назад