Главная > Manset / İqtisadiyyat > Çexiya Rusiya qazının alışını bərpa edib
Çexiya Rusiya qazının alışını bərpa edib26-11-2023, 18:52. Разместил: azadses |
Oktyabr ayında Çexiya şirkətləri qadağaya baxmayaraq, Rusiya təbii qazının alışını bərpa ediblər. Bunu Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela “Facebook”da yazıb. O, sosial şəbəkə səhifəsində qeyd edib ki, ölkənin bu qaza ehtiyacı yoxdur, çünki qış üçün artıq ehtiyatı var. Eyni zamanda, nazir vurğulayıb ki, Rusiyanın enerji resurslarının Avropa İttifaqına ixracı sanksiyalara məruz qalmır, çünki bəzi ölkələr hələ də onsuz keçinə bilmir. Вернуться назад |