Главная > Manset / Dünya > Qəzza zolağında 215 girov qalıb

Qəzza zolağında 215 girov qalıb


25-11-2023, 18:42. Разместил: azadses
"Qəzza zolağında 215 girov qalıb".

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun nümayəndəs Doron Spilman "X" səhifəsində bildirib.

O əlavə edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur. Doron Spilman girovların bəzilərinin öldürülə biləcəyini də söyləyib.

Xatırladaq ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Razılaşmaların şərtlərinə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.
Вернуться назад