Главная > Manset / Dünya > Argentinanın seçilmiş prezidenti Mərkəzi Bankı bağlamaq niyyətindədir
Argentinanın seçilmiş prezidenti Mərkəzi Bankı bağlamaq niyyətindədir25-11-2023, 09:36. Разместил: azadses |
Argentinanın seçilmiş prezidenti Xavyer Miley Mərkəzi Bankı bağlamaq fikrindən daşınmayacaq. “Report” xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin bəyanatında bildirilib. “Yalan şayiələrin yayılması ilə əlaqədar Argentina Respublikasının Mərkəzi Bankının bağlanması məsələsinin müzakirə mövzusu olmadığını aydınlaşdırmaq istəyirik”, – mətndə deyilir. Mileyin komandası həmçinin elan edib ki, dekabrın 10-dan etibarən Orasio Marin dövlətə məxsus neft-qaz şirkəti YPF-nin prezidenti olacaq. Xatırladaq ki, bundan əvvəl bir sıra Argentina KİV-də Mileyin Emilio Okamponun Mərkəzi Bankın rəhbəri təyin edilməsindən imtina etdiyi barədə məlumatlar yayılıb. Seçilmiş dövlət başçısına yaxın iqtisadçı dollarlaşmanın tərəfdarı kimi tanınır. Вернуться назад |