Главная > Manset / Cəmiyyət > Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan 6 mağaza cərimələnib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan 6 mağaza cərimələnib


24-11-2023, 18:45. Разместил: azadses
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan 6 mağaza cərimələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 6 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.


Вернуться назад